Ölkə futbolu

Cəfərova Portuqaliyada azərbaycanlı həmkar tapıldı

Portuqaliya çempionatında daha bir azərbaycanlı futbolçu top qovacaq.

İdmanxeber.com-un rus KİV-nə istinadən verdiyi məlumata görə, bu, əslən azərbaycanlı olan Rusiya vətəndaşı Emin Mahmudovdur.

“Krılya Sovetov”dan ayrılan 24 yaşlı yarımmüdafiəçi karyerasını “Boa Vişta”da davam etdirəcək.

Qeyd edək ki, ötən mövsüm “Mordoviya”da icarə əsasında oynayan Emin Mahmudov keçirdiyi 19 oyunda 4 sarı vərəqə ilə cəzalandırılıb. Bundan başqa, Mahmudovdan əvvəl başqa bir azərbaycanlı futbolçu – Elnur Cəfərov Portuqaliya yüksək liqa təmsilçisi “Tondela” ilə müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43