Dünyadan

“Çelsi” daha bir ulduz futbolçu ilə yollarını ayırdı

Samuel Eto`o “Çelsi”ni azad agent statusu ilə tərk edib. Hücumçu London klubu ilə müqaviləsi iyunun 30-da sona çatıb.

İdmanxeber.com-un məlumatına görə, 33 yaşlı futbolçu ilə maraqlanan klublar arasında “Fioerntina”, “Roma” və “Yuventus” yer alır.

Qeyd edək ki, Etoo “Çelsi”də 35 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə verib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43