Kateqoriyasız

“Sumqayıt”da yeni müqavilə

Premyer Liqada 2014/2015 mövsümünə hazırlaşan “Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Sumqayıt”dakı çıxışı ilə diqqətləri üzərinə çəkən, ardından “Xəzər Lənkəran”a transfer olunan Orxan Əliyev yenidən sabiq komandasının uğurları üçün çalışacaq.

19 yaşlı futbolçu 1 illik icarə əsasında “Sumqayıt”da çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43