Dünya futbolu

“Çelsi” müdafiə xəttinə onu istəyir

“Çelsi” Kalidu Kulibalini transfer etmək cəhdlərini sürdürür. 

İdmanxeber.com-un məlumatına görə, “Napoli” London klubunun 45.5 milyon avroluq təklifini də rədd edib. “Çelsi”nin Kulibali üçün bir neçə həmləsi artıq boşa çıxıb. “Napoli” 25 yaşlı müdafiəçinin mövqeyinə oyunçu tapa bilmədiyindən əlverişli təklifi geri çevirməyə məcbur qalıb. Neapol klubu “Torino”dan Nikola Maksimoviçin transferini reallaşdıra bilsə, seneqallı Kulibali üçün ediləcək təklifi nəzərdən keçirə bilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43