İdman

“Çelsi” “Qarabağ”la oyunun biletlərini satışa çıxarır

UEFA Çempionlar Liqasında C qrupunda yer alan, “Atletiko”, “Roma” və təmsilçimiz “Qarabağ”a rəqib olan “Çelsi” Ağdam klubu ilə görüşün biletlərini sentyabr ayının 1-dən etibarən satışa çıxaracaq.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, normal qiyməti 35 sterlinq olan biletin qiyməti qocalar və uşaqlar üçün endirmlidi.

“Çelsi”yə üzvlük karları olan azarkeşlər 1, adi fanatlar isə ən çox 4 bilet ala bilərlər. 41 634 azarkeş tutumuna malik “Stemford  Bridj” stadionunun oyun günü dolu olması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43