Dünyadan

“Çelsi” transfer bombasını partlatdı – FOTO

İngiltərənin “Çelsi” klubu Madrid “Atletiko”sunun forvardı Dieqo Kostanı transfer etdiyini rəsmən açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytı vasitəsi ilə xəbər yayan London klubu ispaniyalı futbolçu üçün Madrid klubuna 40 milyon avro ödəyəcəyini bildirib. 

Geridə qalan mövsümdə “Atletiko” formasıyla 52 qarşılaşmada forma geyən ispan forvard 36 qolla yadda qalıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43