Kateqoriyasız

“Qarabağ” almanları məğlub etdi

Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gun növbəti yoxlama oyununu Almaniyanın "Vakker Burqhauzen"inə qarşı keçirəcək. Ardıcıl iki sınaq matçında məğlub olan Ağdam təmsilçisi bu dəfə ilk qələbəsini qazanmaq üçün meydana çıxacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00 da start götürəcək.

Qeyd edək ki, bundan öncəki 2 yoxlama oyununda da "Qarabağ" məğlub olub. 

1 iyul

Yoxlama oyunu

20:00. "Qarabağ" (Azərbaycan) – "Vakker Burqhausen" (Almaniya) – 2:0
Qollar: Vüqar Nadirov. 4, Cavid Tağıyev, 53 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43