Dünyadan

“Çelsi”dən “Seltik”in qapıçısına yeni təklif

“Çelsi” “Seltik”lə qapıçı Kreyq Qordonun transferilə bağlı danışıqları davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, londonlular 34 yaşlı qapıçını transfer etməkdə iddialıdır. “Zadəganlar” bir müddət öncə qolkiper üçün “Seltik”ə 2,5 milyon təklif etmişdi. Lakin bu, “Seltik”i qane etmədiyi üçün “Çelsi” klubu məbləi 3,5 milyona qədər qaldırıb.

Qeyd edək ki, “Seltik” qapıçı ilə vidalaşmaq istəmir və onun məvacibini qaldırmaq niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43