Dünyadan

“Çelsi”nin daha bir futbolçusu Çin klubunda

“Çelsi”nin futbolçusu Con Obi Mikel “Tyanszin” klubuna transfer olunub.

İdmanxeber.com-un məlumatına görə, nigeriyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Onun yeni klubunda həftəsinə 118 min funt sterlinq qazanacağı gözlənilir.

Xatırladaq ki, bir neçə gün öncə futbolçunun “Valensiya” ilə ilkin razılıq əldə etdiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, 2006-cı ildən “Çelsi”də çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43