Dünya futbolu

“Çelsi”nin futbolçusu “Fənərbaxça”da

“Fənərbaxça” növbəti transferini həyata keçirmək üzrədir.

İstanbul klubu yarımmüdafiəçi Viktor Mozesin transferi üçün “Çelsi” ilə razılığa gəlib. Hazırda Türkiyədə olan 28  yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra 1.5 il icarə əsasında “Fənərbaxça”da çıxış edəcək.

V.Mozes bu mövsüm Premyer Liqada cəmi 6 matçda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43