Dünyadan

Çempionlar Liqasında ən çox pul qazanan klubların adları açıqlanıb – siyahı

UEFA 2015-16 mövsümündə Çempionlar Liqasında ən çox qazanc əldə edən klubların siyahısını açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə,  “Mançester Siti” büdcəsinə ən çox pul əlavə edib. Çempion "Real" ikincidir.

Kimin nə qədər qazanması isə turnir boyu göstərilən nəticələrə və teleyayım gəlirlərinə görə hesablanıb.

 

 Azərbaycan təmsilçilərindən “Qarabağ” ötən mövsüm Avrokubokdakı çıxışına görə 3 milyon 308 min 303 avro, “Qəbələ” isə 3 milyon 22 min 565 avro gəlir əldə edib.
 
İlk “10-luq”:
1. “Mançester Siti” – 83 milyon 853 min
2. “Real” – 80 milyon 67 min
3. “Yuventus” – 76 milyon 256 min
4. PSJ – 70 milyon 803 min
5. “Atletiko” – 69 milyon 665 min
6. “Çelsi” – 69 milyon 174 min
7. “Roma” – 68 milyon 461 min
8. “Bavariya” – 64 milyon 391 min
9. “Barselona” – 56 milyon 552 min
10. “Arsenal” – 53 milyon 423 min

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43