İdman

Çempionlar Liqasının final matçı Türkiyədə oynanılacaq!

2020-ci ildə UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, matç “Atatürk” Olimpiya Stadionunda olacaq.

Bu arena səsvermədə Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio da Luj” stadionunu üstələyib. 

Qeyd edək ki, 2005-ci ildə qitənin ən nüfuzlu klub turnirinin finalında İngiltərə təmsilçisi “Liverpul”un İtaliya “Milan”ını məğlub etdiyi oyun da bu arenada baş tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43