İdman

Şehiç, Elvin, Rahid və digərləri “Qarabağ”dan ayrıldı – RƏSMƏN

Son Azərbaycan çempionu “Qarabağ” 9 futbolçu ilə yollarını ayırıb. 

Idmanxeber.com-un məlumatına, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, eyni zamanda Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.


“Qarabağ” adı çəkilən 9 futbolçuya kluba verdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43