Dünya futbolu

Çexiya klubu “Slaviya” daha bir tanınmış futbolçunu sıralarına cəlb etdi

Almaniyanın “Auqsburg” komandasından ayrılan Xəlil Altıntop karyerasını Çexiyada davam etdirəcək. O, son çempion “Slaviya” ilə müqavilə bağlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu haqda xəbəri klubun saytı yayıb. Müqavilənin müddəti və maddi tərəfi barədə açıqlama verilməyib.
Bundan başqa, Praqa təmsilçisi son mövsümü “Zenit”də keçirən portuqaliyalı Danni və Ukrayna “Dnepr”indən Ruslan Rotanı da heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43