Ölkə futbolu

“Qarabağ” Moskva “Dinamo”suna qarşı

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

Idmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi toplanış çərçivəsində bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq. Qurban Qurbanovun yetirmələri Moskvanın “Dinamo” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” bundan öncə keçirdiyi hazırlıq matçlarında Rusiyanın digər klubu “Axmat”a 0 – 1, Bolqarıstanın MOİK klubuna isə 2 – 5 hesabı ilə məğlub olub.

Hazırlıq matçı

“Qarabağ” (Ağdam) – “Dinamo” (Moskva)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43