İdman

Çoxları diqqətdən qaçırdı, “Kəpəz isə yox…

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Kəpəz” evdə “Səbail”ə qalib gəldi.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın gedişində bir məqam diqqətdən qaçmadı. “Sarı göylər”in doğma divarlar arasında vurduğu qollar hər zaman böyük şölənlə qeyd olunsa da, “Səbail” matçında eyni mənzərə olmadı. Belə ki, qol sonrası Avropanın yaşıl meydanlarında olduğu kimi yüksək əhval-ruhiyyə yaradan ritmik musiqi səslənmədi. Eləcə də, dəqiq zərbə müəllifinin soyadı stadionun diktoru, adı isə azarkeşlər tərəfindən çağırılmadı.

Əvvəlcə, arenada texniki problemin olduğunu düşünsək də, klubdan verilən məlumat başqa cür oldu. Stadionda heç bir problemin olmadığını, sadəcə böyük şadyanalığın yaşanmamasının səbəbinin 2 mart günü Respublika Narkoloji Mərkəzində baş vermiş faciəvi hadisə ilə əlaqədar olduğu bildirildi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43