Kateqoriyasız

Cüdo yığmasının üzvlərindən tərbiyəsizlik – jurnalisti təhqir etdilər – FOTOLAR

 

FutbolPress

Azərbaycan cüdo yığmasının üzvlərinin sosial şəbəkədə etdiyi tərbiyəsiz davranışı narazılığa səbəb olub.

Məlum olduğu kimi, Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında qadınlardan ibarət Azərbaycan yığması fiaskoya uğramaqdı. Bu günə qədər tatamiyə çıxan qadın cüdoçuların hamısı yarışın ilkin mərhələlərində uduzaraq, mundialı medalsız tərk ediblə. Bununla bağlı Azərbaycan Cüdo Federasiyasının feysbukdakı səhifəsinə “Qadınlar yığması gəzməyə getmişdi, deyəsən” rəyini yazan “Sporter.az” səhifəsinin idarəçisi kimi tanınan idman bloggeri, jurnalist Elmar Rza millinin üzvü Aişə Qurbanlı tərəfindən təhqir olunub.

Daha sonra digər yığma üzvü Hidayət Heydərov bu tərbiyəsizliyi davam etdirərək, Elmar Rzanı təhqir edib, ona hədə-qorxu gəlib. Sözügedən mundialda bürünc medal qazanan Heydərov şərhlərdə Rəşad Sultanov adlı şəxsin də ünvanına xoşagəlməz sözlərdən istifadə edib.

Uğursuzluqları ilə bağlı tənqidə cüdoçuların belə reaksiyası sosial şəbəkədə böyük əks-səda doğurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43