Kateqoriyasız

“Çukariçki” – “Qəbələ” matçına baxmağın yolu

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Çukariçki" (Serbiya) – "Qəbələ" (Azərbaycan) matçı canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, Serbiyada baş tutacaq və 23:30-da başlayacaq qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Avropa Liqasındakı digər təmsilçimiz "İnter"in bu gecə səfərdə  "Hafnarfyordur"la (İslandiya)  oyunu isə yayımlanmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43