Dünyadan

Cüneyt Çakır həvəskarlar liqasında!

Avropanın ən güclü hakimləri arasında göstərilən Cüneyt Çakır Türkiyə həvəskarlar Liqasınd aoyun idarə edəcək.

İdmanxeber.com-un mə\umatına görə, FIFA referisi “Beyközspor” – “Küçükköyspor” matçında ədalət təmsilçisi olacaq.

Türkiyə Futbol Federasiyası bu görüşün hər iki komanda üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq həmin oyunu təcrübəli hakimə həvalə edib.

50 xalla 3-cü pillədə qərarlaşan “Beykozspor” qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır. 53 xalla 2-ci pillədə qərarlaşan “Küçükköyspor”u isə heç-heçə də qane edir.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43