Sentyabr ayının 13-də keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" oyunu canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, "Böyük oyun"un "Xəzər Lənkəran" TV də yayımlanması üçün Lənkəran təmsilçisi "Neftçi"yə rəsmi məktub göndərib və qarşı tərəfdən müsbət cavab alıb.
Beləliklə İsmət Qayıbov adına Bakıxanov stadionunda saat 17:30-da baş tutacaq "Neftçi" – "Xəzər Lənkəran" oyunu internet televiziyası ilə canlı yayımlanacaq.