İdman

DƏQİQLƏŞDİ: Həm “Kəpəz”, həm “Sabah” Premyer Liqada iştirak edə bilər!!!

Bu gün AFFA-nın  Lisenziya Komissiyasının iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

 

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

 1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Qarabağ” FK, “Qəbələ” İK, “Neftci” PFK, “Sumqayıt” FK, “Zirə” PFK
 
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Kəpəz” PFK
 
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Keşlə” PFK, “Kəpəz” PFK, “Sabah” FK, “Səbail” PFK
 
5. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Binə” FK, “Xəzər” FK, “Mil-Muğan” FK, MOİK PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Şüvəlan” PFK, “Zaqatala” FK.
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Xatırladaq ki, birinci divizionun qalibi “Xəzər” olub. Lakin əvvəlki illərdə olduğu kimi, yenə birinci divizionun çempionu Premyer Liqaya buraxılmayıb. Əvəzində birinci divizionun digər təmsilçisi “Sabah” elitada çıxış etmək hüququ qazanıb.
 

UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”nın (Buraxılış 2017) 13-cü maddəsinə müvafiq olaraq, 2018-19-cu il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya almış olurlar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43