Kateqoriyasız

DƏQİQLƏŞDİ: “Qəbələ”nin əsas heyət üzvü “Apollon”la oyunda oynamayacaq

UEFA Avropa Liqasının III təsnifta mərhələsinin cavab görüşləri çərçivəsində sabah “Apollon”u qəbul edəcək “Qəbələ” bu matça cidid itki ilə çıxacaq.

Klubun meneceri Səməd Nəsibovun İdmanxeber.com-a verdiyi məlumata görə, Rikardinyonun zədəsi ciddidi və o, böyük ehtimalla sabahkı qarşılaşmada “Qəbələ”yə kömək edə bilməyəcək. 

UEFA-nın bu gün Cavid Hüseynovu da cəzalandıracağını nəzərə alsaq “qırmızı-qaralar” kipirlilərlə vacib qarşılaşmaya iki cidid itki ilə çıxacaq.

Qeyd edək ki. “Qəbələ” – “Apollon” qarşılaşması sabah “Bakcell Arena”da keçiriləcək. Oyun saat 21:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43