Kateqoriyasız

Premyer Liqamızın oyunlarının şərhi ilə bağlı vacib dəyişiklik

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının  Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi – CBC TV-də oyunlar rus dilində yox, Azərbaycan dilində yayımlacaq

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra  matçların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb

Qeyd edək ki, bundan əvvəl CBC TV kanalı – Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna  və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçirilicəyini bildirmişdi. Oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın youtube (AFFA Official) kanalında  nəzərdə tutulurdu.  

CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirdiyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açmağı və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43