Ölkə futbolu

Dabodan “Qəbələ” azarkeşlərinə sərt cavab (FOTO)

Dabonun cavabı ağır oldu

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının ilk turunda “Qəbələ”nin azarkeşləri Baqali Dabonun komandadan getməsinə “Adamlar gedər, kişilər qalar” pankartı ilə göndərmə etmişdi.

Dünən çempionatın ikinci turunda “Neftçi”nin “Qəbələ”ni məğlub etdiyi matçda Baqali Dabo sabiq komandası olan “Qəbələ”yə qol vuraraq qələbədə pay sahibi olub. Oyunun ardından fransalı futbolçu “instagram” hesabından  “Neftçi”nin formasında qol sevinci olan şəkili paylaşıb və onun üzərində “Əsl kişilər danışmırlar, hərəkət edirər” sözlərini yazaraq bölgə təmsilçisinin azarkeş qrupu olan “Red Black Army”nin cavabını verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43