Kateqoriyasız

Dadaşovun qolu komandasını xilas etmədi

Almaniyanın “Proyssen”  klubu növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Rüfət Dadaşovun da şərəfini qoruduğu almanlar Hollandiyanın “Herakles” klubu ilə qarşılaşıb.

90 dəqiqə meydanda olan Dadaşov görüşün 54-cü dəqiqəsində penaltidən qol vurub.

Oyun Hollandiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43