Ölkə futbolu

Daha bir futbolçu “Kəpəz”dən ayrıldı

Ağır günlər yaşayan “Kəpəz” futbol klubunu növbəti bir futbolçu tərk edib. Bu yarımmüdafiəçi Kamran Babayevdi.

“Kəpəz”dən ayrılmaq istəyirsən? Fikrin qətidir?

Məşqçi ilə problemim oldu, ona görə də “Kəpəz”də oynamaq istəmirəm. Bas məşqçi futbolçuya inanmırsa orda qalmağın mənası yoxdu.

Bildiyimə görə xəstələnmisən. Rəhbərliyin xəbərləri var?

Bəli hamsının xəbəri var, elə xəstəliyə görə oldu söz-söhbət. Məşqəqə çıxa bilmirdim son günlərdə çox halsızlaşmışdım, şiddətli öskürurdum ve qaytariridim. 3 gun qabaq halım pisləşdi, həkim çağırdıq, müainə və müalicə etdi, indi yaxşıyam. Ancaq məşqiçimiz mənə inanmırdı ki, ciddi xəstələnmişəm. Ona işində uğurlar arzulayıram. Allah razı olsun.

Müalicə üçün klubdan vəsait ayırmadılar?

Xeyir, hec istəmədimdə öz vəsaitim hesabına müalcə olundum. Elədə böyük vəsait lazım olmadı. Hec nəyə görə yox, sadəcə mənə inanmadıqlarına görə klubdan transfer vərəqəmi istəmişəm, bas məşqçi ilə danışdım, dedi verəcəm. Birinci devrədən sonra “Kəpəz”lə yollarımız ayrılacaq

Hansı kluba keçmək istəyirsən?

Üç dörd klubdan təklif almışam. Əvvəlcədən heçnə demək istəmirəm. Zaman göstərəcək.

xemsefans.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43