İdman

Daha iki futboçu “Qarabağ”dan getdi

“Qarabağ”da daha iki futbolçunun taleyinə aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Arif Daşdəmirov və Rahid Əmirquliyevlə başa çatan müqavilənin uzadılmamasına qərar verilib.

Daha əvvəl Əfran İsmayılov və Riçard Almeydanın da Ağdam klubunu tərk edəcəyi dəqiqləşmişdi. İcarə müddəti başa çatan Pedro Enrike isə PAOK-a qayıdıb.

Qeyd edək ki, R.Əmirquliyevin “Neftçi”yə keçəcəyi gündəmdədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43