Ölkə futbolu

Daha iki klubumuzun oyunu ləğv olundu – havaya görə

Antalyada təlim məşq toplanışında olan “Zirə”nin bu gün Qazaxıstanın “Taraz” klubu ilə nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. Buna səbəb bölgədə güclü külək və şiddətli yağan yağış olub.

Bu gün digər Qazaxıstan klubu “Jetısu” ilə qarşılaşmalı olan “Sumqayıt”ın matçı isə eyni səbəbdən təxirə düşüb. Klubdan verilən məlumatda bildirilib ki, görüş sabah Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

3 gün öncə “Qarabağ”ın Rumıniya “Botoşani”si ilə yoxlama matçı da yağışa görə ləğv olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43