Dünya futbolu

Dani Alveşin yeni klubu bilindi

PSJ-dən ayrılan Dani Alveşin yeni iş yeri məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı müdafiəçi “San Paulo” klubuna transfer olunub. Yeni klubu ilə 3 illik müqavilə imzalayan Alveş, 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Alveş, 2002-2008-ci illər aralığında “Sevilya”da çıxış edib. Daha sonra “Barselona” və “Yuventus”da forma geyinən braziliyalı müdafiəçinin son klubu PSJ olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43