Dünya futbolu

Danışıqlar müsbət yekunlaşdı, “Modriç” “Barselona”ya keçdi

"Barselona" klubu uzun müddətdir transfer etmək istədiyi "Dinamo"nun (Zaqreb) futbolçusu Alen Haliloviçi nəhayət ki, heyətinə qata bilib.

İspaniya mətbautının yaydığı xəbərə görə, bir neçə ay davam edən danışıqlar öz nəticəsini verib və 17 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı rəsmi razılıq əldə olunub. Ancaq “Barselona”nın “yeni Modriç” ləqəbli futbolçu üçün “Dinamo”ya nə qədər təzminat ödəyəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Haliloviç  "İnstaqram" səhifəsində bu transferi təsdiqləyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43