Ölkə futbolu

Dario Federiko: “Burada yaxşı qazanıram”

“Neftçi”nin futbolçusu Dario Frederiko “Torcedores.com” saytına müsahibə verib

“Neftçi”nin futbolçusu D.Federiko ölkə mətbuatına müsahibə verib.O, Azərbaycana gəlməyinin doğru qərar olduğunu bidirib:

“Portuqaliyada heç də yaxşı durumda deyildim. “Kəpəz”i keçib, Azərbaycana gəlməyim çox yaxşı oldu. Hazırda “Neftçi” klubundayam. Burada yaxşı qazanıram. Təəssüf ki, Avroliqadakı mübarizəmizi dayandırdıq. Ancaq hazırda bütün diqqətimizi ölkə çempionluğuna vermişik. “Neftçi” sonuncu dəfə 2012-2013 mövsümündə çempion olub. Çalışacayıq ki, bu uğursuz gedişə son verib, mövsümün sonunda çempionluğu qeyd edək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43