Dünya futbolu

Futbol dünyasının ən məşhur ata-oğulları

Futbol dünyasında atasının izindən gedən bir çox oyunçular olub. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

Danni  və Deyli Bilind

Daley Bilind də atası Danni kimi Holandiya milli komandasının şərəfini qoruyub. Avropa seçmə mərhələsinindəki uğursuz gedişatın ardından Danni Bilind Hollandiya Federasiyası tərəfindən istefaya yollanmışdı. O, oğlu Deyli Bilində Hollandiya millisində kapitanlıq verməsi ilə diqqətləri üzərinə çəkmişdi.

Xabi və Periko Alonso

Atasının izindən gedən bir digər oyunçu isə Xabi Alonso olub. O da eynən atası Periko Alonso kimi karyerasına “Real Sosyedad” klubunda başlayıb.  Səviyyəli bir mərkəz oyunçusu olan ata Alonso futbolu buraxdıqdan sonra bir çox klubda çalışıb. Elə futbolla vidalaşan oğul Alonso da  meydanlardan getdik sonra yaddaşlarda möhtəşəm ötürmələri ilə  qalıb.

Karles və Serxio Buskets

“Barselona”nın yetirməsi olan ata-oğul Çempionlar Liqasını qazanan nadir eyni ailə üzvlərindəndir. Ata Buskets 1992-ci ildəki Yohan Kroyffun möhtəşəm komandasının qapısını qoruyub. Oğul Serxio isə 2009-cu ildəki qarşısıalınmaz “Barselona”nın ən önəmli üzvlərindən olub.

Yohan və Yordi Kroyff

Yohan Kroyff futbol tarixinin ən unudulmaz və rəngli simalarından olub. O, özünəməxsus üslubu və yaratdığı  fəlsəfəsi  ilə futbol dünyasında çevriliş etməyi bacarıb. Oğul Yordi Kroyff isə atasının izindən getsə də, onun yerişini yeriyə bilməyib. O, “Barselona” və “Mançester Yunayted” klublarının heyətində olsa da, möhkəmlənə bilməyib. Hazırda “Makkabi Tel Aviv” klubunda idman direktoru vəzifəsində çalışır.

Pablo və Dieqo Forlan

Dieqo Forlan “Mançester Yunayted”də gözlənilənin uzağında qalsa da, kolumbiyalı  “Atletiko”dakı çıxışı ilə futbol tarixinin ən yaxşı hücumçularından biri olduğunu sübut etmişdi. Ata Pablo Forlan isə karyerası boyunca Cənubi Amerikadan kənara çıxmayıb. O, ölkəsinin “Penarol” klubu ilə bir çox uğurlar qazanıb.

Arnor və Eydur Qudyonsen

1996-cı ildə İslandiyanın keçirdiyi bir qarşılaşmada atasının yerinə oyuna girən Eydur xüsusi ilə “Çelsi”dəki performansıyla adından söz etdirə bilmişdi. Atasında daha uğurlu bir karyera keçirən oğul Qudyonsen dünya futbolunda ondan daha çox tanınmağı bacarıb.

Cesare və Paolo Maldini

Oğul Maldini “Milan”ın heyətində Çempionlar Liqası kubokunu qaldırarkən 40 il öncə atasının etdiyini təkrarlamışdı. Cesare Maldini futbolu buraxdıqdan sonra baş məşqçilik etsə də, oğul Maldini 2009-cu ildən futbola vida edərək fərqli işlərlə məşğul olub.

Peter və Kasper Şmaykıl

Dünya futbolunun əfsanəvi qapıçılarından olan danimarkalı Peter Şmaykıl oğlu Kasperi də öz arxasıyla apara bilib. “Lester”dəki çıxışı ilə diqqətləri üzərinə çəkən oğul Şmaykıl atasından geri qalmadığını göstərərək  Premyer Liqa çempionluğu qazanıb, möhtəşəm bir uğura imza atmışdı.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43