Dünyadan

DÇ-2014: mundiala ən çox futbolçu göndərən klublar – SİYAHI

İki gündən sonra Braziliyada başlayacaq möhtəşəm futbol bayramı öncəsi idmanxeber.com sizi daha bir maraqlı statistika ilə tanış edir. 

Braziliyada təşkil olunacaq dünya çempionatına ən çox futbolçu yollayan klublar müəyyənləşib. 

Həmin komandalarla sizi tanış edirik.

1. “Bavariya” (Almaniya) – 15 futbolçu

2. “Mançester Yunayted” (İngiltərə) – 14 futbolçu

3. “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə) – 13 futbolçu

4. “Napoli” (İtaliya), “Real” (Madrid, İspaniya), “Yuventus” (İtaliya) – 12 futbolçu

5. “Arsenal” (İngiltərə), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə) və

PSJ (Fransa) – 10 futbolçu

6. “Atletiko” (Madrid), “Zenit” (Rusiya), “Portu” (Portuqaliya) – 9 futbolçu

7. “İnter” (İtaliya), “Milan” (İtaliya) – 8 futbolçu

8. “Borussiya” (Dortmund, Almaniya), “Volfsburq” (Almaniya),

“Dinamo” (Moskva, Rusiya), “Latsio” (İtaliya), “Tottenhem” (İngiltərə),

“Şalke” (Almaniya) – 7 futbolçu

9. “Bazel” (İsveçrə), “Qalatasaray” (Türkiyə), “Nyukasl” (İngiltərə),

“Sauthempton” (İngiltərə), MOİK (Moskva, Rusiya), “Everton” (İngiltərə) –  6 futbolçu

10. “Amerika” (Meksika), “Benfika” (Portuqaliya), “Valensiya” (İspaniya), “Monako” (Fransa), “Olimpiakos” (Yunanıstan), “Parma” (İtaliya), “Real Sosyedad” (İspaniya), “Roma” (İtaliya), “Feyenoord” (Hollandiya), “Fənərbaxça” (Türkiyə) – 5 futbolçu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43