İdman

DÇ 2018-in oyunu ləğv olundu, hakim diskvalifikasiya edildi

DÇ-2018-in Afrika zonası üzrə seçmə mərhələsinin CAR – Seneqal qarşılaşmasının nəticəsi ləğv edilib.

İdmanxeber.com-un məlumatına görə, FİFA matçda ədalət qoruyucusu qismində meydana çıxan Cozef Lemplinin qərarlarının görüşün nəticəsinə təsir etdiyi qənaətindədi.Bundan başqa adıçəkilən baş hakim diskvalifikasiya edilib. Komandalar ikinci dəfə noyabrda üz-üzə gələcəklər. Dəqiq tarix sentyabrın 14-də FİFA-nın xüsusi iclasında açıqlanacaq.

Qeyd edək ki, nəticəsi ləğv olunan və 2016-cı il noyabrın 12-də keçirilən CAR – Seneqal oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43