Dünya futbolu

DÇ-2022: FIFA yarımfinal və final oyunlarının rəsmi topunu təqdim etdi

FIFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.

İdmanxeber.az xəbər verir ki, top “Al Hilm”, ərəb dilindən tərcümədə “Arzu” adlanır.

Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.

Qeyd edək ki, həlledici qarşılaşma “Lusail” stadionunda oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43