Kateqoriyasız

De Byazinin köməkçisi İtaliya klubunda

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçilərindən olan Fabio Qallonun yeni iş yeri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis İtaliyanın C Seriyasında çıxış edən “Foca”nın baş məşqçisi olacaq.

Qallo mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi bu gün yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43