Ölkə futbolu

“Dəyişiklər xeyrimizə oldu”

alentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yunanıstan və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Teodoros Paxaturidis (Yunanıstan yığmasının baş məşqçisi): “Ümumilikdə, oyundan və nəticədən razıyam. Amma düşünürəm ki, müəyyən epizodlarda daha dəqiq oynasaydıq, qələbə də qazana bilərdik.

Fasilədən sonra taktiki baxımdan bəzi dəyişikliklər etdik. Çünki birinci hissənin başa çatmasına bir neçə dəqiqə qalmış qol buraxmışdıq. Dəyişiklər xeyrimizə oldu.

Turnirdə əsas məqsədimiz futbolçuların hazırlıq səviyyəsini müəyyənləşdirməkdir”.

Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): “İlk növbədə, belə gözəl turnirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edirəm. Oyuna gəlincə, final fitinə bir neçə saniyə qalmış qol buraxaq qələbəni əldən vermək, əlbəttə, xoş təəssürat oyatmır. Bununla belə, nümayiş etdirdikləri oyuna və əldə etdikləri nəticəyə görə futbolçularımıza minnətdarlığımı bildirirəm. Güclü rəqiblə mübarizədə komandamızın üzvlərinin sarı kart almaması da məni sevindirən amillərdən biridir.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43