Dünya futbolu

Dibala “Yuventus”la yeni müqavilə imzalayır

“Yuventus” gənc hücumçusu Paulo Dibala ilə müqavilənin müddətini artırmağa yaxındır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə italiyalı jurnalis Canluka di Marsio öz saytında məlumat verib.

Məlumata görə, argentinalı hücumçu ilə 2022-ci ilin yayınadək müqavilə imzalanacaq. Yeni müqaviləyə əsasən, futbolçunun maaşı artırılaraq 7 milyon avroya çatacaq. O, bununla da, Qonzalo İquaynla eyni maaşı alacaq.

Xatırladaq ki, cari mövsüm “Yuventus” forması ilə 35 oyuna çıxan 24 yaşlı futbolçu 16 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43