Dünya futbolu

Dieqo Kosta 9 dəqiqə tab gətirdi

Çempionlar Liqasının finalında "Real" (Madrid) klubu ilə qarşılaşan "Atletiko" (Madrid)  oyunun əvvəllərində ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, "Atletiko"nun hücumçusu Dieqo Kosta meydanı vaxtından əvvəl tərk edib.

Daha öncə də zədəsi olan braziliyalı əsilli ispan futbolçu cəmi 9 diqəqə meydanda qala bilib. Ayağında ağrılar hiss edən təcrübəli futbolçu matçın 9-cu dəqiqəsində yerini Adriana buraxıb.

Qeyd edək ki, hazırda oyun davam edir və hesab 0:1 Madrid "Atletiko"sunun xeyrinədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43