Ölkə futbolu

Daha bir Ruslan yeni ünvanda

2014/2015 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu ilk transferini reallaşdırıb. 

İdmanxeber.com klub saytına istinadən xəbər verir ki, komanda ötən mövsümü “Simurq”da keçirmiş Ruslan Poladovu heyətinə qatıb.

34 yaşlı futbolçu “Sumqayıt”la bir illik müqavilə imzalayıb.

Sumqayıt futbol məktəbinin yetirməsi olan Poladov Azərbaycan millisinin də şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43