Dünya futbolu

Dieqo Simeone: “Oğlumu heç vaxt transfer etmərəm”

Simeone oğlu barəsində açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ölkə mətbuatına açıqlama verib. O, hazırda “Fiorentina”da forma geyinen oğlu barəsində danışıb:

“Oğlum istedadlı futbolçudur. Ara-sıra onu transfer etmək istədiyim xəbərləri yayılır. Bunlar doğru deyil. Oğlumu heç vaxt işlədiyim kluba transfer etmərəm. Düşünürəm ki, soyunub-geyinmə otağında yaşananlar onunla olan münasibətimə təsir edər”.

Qeyd edək ki, 23 yaşlı Covanni Argentina millisinin üzvüdür. Onun “Fiorentina” ilə 2022-ci ilə kimi müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43