Ölkə futbolu

“Differdanj” – “Zirə” matçının hakim təyinatları açıqlandı

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Differdanj” – “Zirə” matçının hakimləri açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “qartallar”ın Lüksemburq təmsilçisiylə səfər oyununu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Boris Marhefka olacaq. Ona yan xətt hakimləri kimi Tomas Vorel və Yan Pozor kömək edəcəklər. Ehtiyat hakim isə Pavol Xmura olacaq.

İyulun 6-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43