Kateqoriyasız

Diniyevin planı: “Həm kubokda, həm də çempionatda uğurlu nəticə göstərmək üçün rotasiyaya labüddür”

“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la qarşılaşacaqları oyun haqqında danışıb. 

Klubun rəsmi saytına açıqlama verən Diniyev rəqibin birinci divizion təmsilçisi olmasına baxmayaraq, heyətlərində yetərincə təcrübəli futbolçuların olduğunu deyib:

“Bizi qarşıda gərgin oyun gözləyir. Rəqib I divizionun təmsilçisi olsa da, heyətlərində yetərincə təcrübəli futbolçu var. Həm də divizion təmsilçiləri Premyer Liqa komandalarına qarşı oynayanda daha çox motivasiyalı olur. Bunu hardasa bizim üçün təhlükə saymaq olar”.

Komandasına inandığı bildirən təcrübəli çalışdırıcı bu oyunda bəzi futboçulara istirahət verəcəyini söyləyib: “Heyətdə rotasiya ediləcək.Yəni bəzi futbolçulara istirahət verməyi də düşünürəm. Hər halda qarşıda bizi AZAL ilə daha çətin sınaq gözləyir. Həm kubokda, həm də çempionatda uğurlu nəticə göstərmək üçün rotasiyaya labüddür. Bununla həm də bəzi futbolçulara özlərini göstərmələri üçün şans yaratmış oluram. Qış fasiləsinə qədər 4 oyunumuz var. Elə sabahkı matçdan başlayaraq uğurlu çıxışa start vermək lazımdır. Mən komandama inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43