Ölkə futbolu

Diniyevin qəzəbinə tuş gələn futbolçu: “Meydana vaxt uzatmağa yox, tur keçməyə çıxmışdıq”

Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL səfərdə “Qarabağ”a 1:0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Oyunda qırmızı vərəqə alaraq meydan yarımçıq tərk edən “təyyarəçilər”in futbolçusu Aleksandr Şemonayev matçsonrası idmanxeber.com-a danışıb:

“Bu oyunda mənə qırmızı vərəqə verilməməliydi. Çünki həmin epizodda kartlıq qayda pozuntusu yox idi. Bəlkə də mənim meydandan qovulmağım komandanın məğlubiyyətinə səbəb oldu. Biz meydana vaxt uzatmağa yox, tur keçməyə çıxmışdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43