Dünya futbolu

Millimizin üzvü oynadı, komandası mərhələ adladı

Bu gün millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb.

Sivaslıların rəqibi "Silivrispor" olub. Oyun "Sivasspor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cihan Özkara bu oyuna start heyətində çıxıb və 72-ci dəqiqədə Niyaz Salmanla əvəzlənib. Matçın yeganə qolunu 19-cu dəqiqədə Kamil Qrosiçki vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43