Kateqoriyasız

Dmitri Nazarov “Karlsrue”də növbəti qolunu vurdu

Milli komandamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" yoxlama matçında qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimizin komandası "FSV Frankfurt"la qarşılaşıb və böyükhesablı qələbə qazanıb – 3:0.

Matça start heyətində başlayan və komandasının ilk qolunu vuran Nazarov, fasilədə Yamada ilə əvəzlənib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43