Kateqoriyasız

“Dnepr”lə oyun öncəsi “Qarabağ”da Dias sevinci

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Ukraynada “Dnepr”in qonağı olacaq “Qarabağ” Dnepropetrovski səfərinə ciddi hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, bir müddətdir ki zədəli olan Çumbinyo komandadan ayrı düşüb. Ağdam klubunun digər zədəlisi Danilo Dias isə komandayla birgə məşqlərə başlayıb. Zədəsini yenicə sağaldan, ancaq yüngül məşqlərlə kifayətlənən Diasın Ukraynada meydana çıxması gözlənilmir. “Sambaçı” ən yaxşı halda qrup mərhələsinin IV turunda meydana çıxa biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43