Kateqoriyasız

Premyer Liqanın IX turunun iki oyunu canlı yayımda: “Xəzər Lənkəran”ın oyunu da “İdman Azərbaycan”ın mavi ekranlarında

Azərbaycan Premyer Liqasının IX turunun iki oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, oktyabrın 24-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” və bu oyundan bir gün sonra baş tutacaq “Qarabağ” – “Xəzər Lənkəran” matçı İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Artıq sözügedən oyunlar kanalın proqramına salınıb.

Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” matçı 16:00-da, “Qarabağ” – “Xəzər Lənkəran” qarşılaşması isə 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43