Dünya futbolu

Dodo seçimini etdi – “Qəbələ”yə qayıdır ?

“Qəbələ” sabiq futbolçusunu baxışa çağırsa da, braziliyalı futbolçu bununla razılaşmayıb.

31 yaşlı futbolçu Latviyanın “Liepaya” klubu ilə razılığa gəldiyini açıqlayıb. Braziliyalı feysbuk səhifəsində etdiyi paylaşımla artıq yeni klubunun düşərgəsində olduğunu bəyan edib.

2011-2016-cı illərdə “Qəbələ”nin formasını geyinən Dodo əyalət təmsilçisinə keçmək üçün birbaşa müqavilə tələb etmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43