Dünya futbolu

Droqba yenidən “Çelsi”də

O, səfir təyin edilib.

İngiltərə mətbuatının  yaydığı xəbərə görə, afrikalı forvard “zadəganlar”ın titul sponsoru “Yokohama Tyres”in səfiri təyin edilib. O, Fransa, Hindistan, Malayziya, Portuqaliya, İspaniya və Vyetnama yollanaraq orada “Çelsi”nin azarkeşləri, eləcə də “Yokohama”nın müştəriləri ilə görüşəcək. 

Qeyd edək ki, 40 yaşlı veteran futbolçu 2004-2012 və 2014-2015-ci illərdə “Çelsi”də çıxış edib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43